Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlvesə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Estoniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan-Estoniya münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin və dostluq əlaqələrimizin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına sülh və rifah arzulayıram."