Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir:
"Əlahəzrət, Meknes şəhərində məscidin minarəsinin uçması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
* * *
Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silvaya başsağlığı məktubu göndərib. Ölkə Prezidentinin məktubunda deyilir: "Hörmətli cənab Prezident,
Madeyra adasında baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Portuqaliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram."