Prezident Sərəncam imzalayıb
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamında deyilir ki, "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilsin, Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını müəyyən etsin, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin, bu Fərmandan irəli gələn digər məsələləri həll etsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dövlət qeydiyyatına alınmasını təmin etsin.