PDF Oxu

Siyasət

  • 15

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Qambiya Respublikasının Prezidenti Yəhya Cammehə təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Qambiya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə daim inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qambiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm."

Digər xəbərlər