İspaniya-Azərbaycan münasibətləri üçün geniş prespektiv var
Prezident İlham Əliyev fevralın 15-də Slovakiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yozef Miqaşın etimadnaməsini qəbul edib. Yozef Miqaş fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu bildirildi, siyasi və iqtisadi münasibətlərimizin daha da genişlənməsi üçün qarşılıqlı imkanların öyrənilməsinin zəruriliyi vurğulandı, ikitərəfli əməkdaşlığın daha da möhkəmlənəcəyinə inam ifadə olundu.