PDF Oxu

Siyasət

  • 9

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Ukrayna Regionlar Partiyasının lideri Viktor Yanukoviçə təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli Viktor Fyodoroviç, Ukrayna Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan və Ukrayna tarixən sıx dostluq, qarşılıqlı dəstək və etimad telləri ilə bağlıdır. Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz, strateji tərəfdaşlığımız, çoxşaxəli və konstruktiv əməkdaşlığımız xalqlarımızın mənafeyi, regionda sülh və sabitlik naminə bundan sonra da dinamik inkişaf edəcək və möhkəmlənəcəkdir. Hörmətli Viktor Fyodoroviç, Sizə möhkəm cansağlığı, səadət və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram."

Digər xəbərlər