PDF Oxu

Siyasət

  • 10

Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb

Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 may tarixli 2830 nömrəli Sərəncamına əlavə edilməsi barədə, Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2009-cu il noyabrın 12-də Minsk şəhərində imzalanmış sənədlər haqqında, "dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair, Azərbaycan Respublikası və Sloveniya Respublikası arasında 2009-cu il noyabrın 9-da Bakı şəhərində imzalanmış sənədlər haqqında, 2009-cu il dekabrın 29-da Tallin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Estoniya Respublikasının Sərhəd Mühafizəsi İdarəsi arasında əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi barədə, 2009-cu il noyabrın 27-də Havana şəhərində imzalanmış "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Kuba Respublikasının idman, fiziki tərbiyə və istirahət milli institutu (təşkilatı) arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında, 2009-cu il iyunun 11-də Berlin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Ədliyyə Nazirliyi arasında hüquqi əməkdaşlığa dair birgə bəyanat"ın təsdiq edilməsi haqqında Fərman və Sərəncamlar imzalayıb.
Ölkə Prezidenti həmçinin 2009-cu il mayın 22-də Astana şəhərində Müstəqil Dövlətlər Birliyinin hökumət başçıları şurasının iclasında imzalanmış "1979-1989-cu illərdə Əfqanıstanda müharibə dövründə xəbərsiz itkin düşmüş hərbi qulluqçuların axtarışının, basdırılma yerlərinin axtarışının, eksqumasiyasının, qalıqlarının eyniləşdirilməsinin və onların vətənlərində yenidən dəfn edilməsinin davam etdirilməsi haqqında qərar"ın təsdiq edilməsi barədə, 2009-cu il dekabrın 9-da Paris şəhərində imzalanmış "Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Fransa Respublikasının Dövlət Büdcəsi, Mühasibatı, Qulluğu və İslahatı Nazirliyinin Dövlət Maliyyəsi Baş İdarəsi arasında texniki əməkdaşlıq sazişi"nin təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) arasında "uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında anlaşma memorandumu"nu imzalamaq Səlahiyyətinin verilməsi haqqında, "Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinə əlavə edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 15 dekabr tarixli 931-IIIQD nömrəli qanununun tətbiq edilməsi barədə, "Bədən tərbiyəsi və idman Haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarına əlavələr və dəyişikliklər edilməsi və "Bədən tərbiyəsi və idman Haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 28 dekabr tarixli 47 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə Fərman və Sərəncamlar imzalayıb.

Digər xəbərlər