PDF Oxu

Siyasət

  • 9

Azərbaycanla Serbiyanın münasibətləri genişlənir

Azərbaycanla Serbiyanın münasibətləri genişlənir
Prezident İlham Əliyev fevralın 10-da Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Curgusun etimadnaməsini qəbul edib. Vladimir Curgus fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə dinamik inkişafından məmnunluq ifadə edildi, Azərbaycanın Serbiyada səfirliyinin açılması barədə qərarının önəmi vurğulandı və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirildi.

Digər xəbərlər