PDF Oxu

Siyasət

  • 11

Azərbaycan Prezidenti İlham Əliyev Brahima Kulibalinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Brahima Kulibalinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brahima Kulibalinin etimadnaməsini qəbul edib. Brahima Kulibali fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf edəcəyinə əminliyini bildirdi və diplomata ölkəmizdəki səfirlik fəaliyyətində uğurlar arzuladı. Səfir Brahima Kulibali qeyd etdi ki, onun ölkəmizdəki diplomatik fəaliyyətinin əsas məramı iki ölkə arasında mövcud münasibətlərin inkişaf etdirilməsindən ibarət olacaqdır. Səfir bu istiqamətdə bütün səylərini əsirgəməyəcəyini dedi.

Digər xəbərlər