PDF Oxu

Siyasət

  • 5

Prezident Fərman və Sərəncamlar imzalayıb

Prezident Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və əsasnaməsinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki, Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası ilə birlikdə Dövlət Mükafatları laureatlarının diplomu və fəxri döş nişanlarının təsvirinə dair təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin və Dövlət Mükafatları komissiyasının fəaliyyətinin təşkili ilə bağlı olan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. Ölkə Prezidenti həmçinin təhsil sahəsində xidmətlərinə görə Laçın rayonu Minkənd kənd orta məktəbinin müəllimi Varaşil Cəlal oğlu Məmmədova "Əməkdar Müəllim" fəxri adının verilməsi barədə, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda və 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda dəyişikliklər edilməsi barədə, eləcə də "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 834-IIIQD nömrəli qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər edilməsi haqqında və Azərbaycan Respublikası hökuməti və Küveyt Dövləti hökuməti arasında əməkdaşlıq üçün birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Fərman və Sərəncamlar imzalayıb.

Digər xəbərlər