PDF Oxu

Siyasət

  • 14

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasa təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Yunanıstan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Yunanıstan dövlətlərarası münasibətlərinin inkişafı, dostluq əlaqələrimizin genişləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və layihələr çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm."

Digər xəbərlər