PDF Oxu

Siyasət

  • 9

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməyə hazırdır

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməyə hazırdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin dəvəti ilə fevralın 4-də Almaniyaya işgüzar səfərə gəlib. Azərbaycanın və Almaniyanın dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin "Tegel" hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı İlham Əliyevi Almaniyanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşıladılar.

Mətbuata birgə bəyanat

fevralın 4-də Berlində, Almaniya Federativ Respublikası kanslerinin iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və kansler xanım Angela Merkel mətbuat üçün bəyanatlarla çıxış ediblər.
Angela Merkel Azərbaycan Prezidentini Almaniyada yenidən salamlamaqdan məmnun olduğunu bildirib. Kansler ölkələrimiz arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək, bu sahədə əməkdaşlığı genişləndirmək üçün mövcud olan böyük potensialdan istifadə etməyin zəruriliyini vurğulayıb. Almaniyanın Azərbaycana müxtəlif sahələrdə dəstək verməyə hazır olduğunu diqqətə çatdıran xanım Angela Merkel bildirib ki, neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır. Səfərə dəvətə görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya üç il əvvəlki səfərindən ötən müddətdə ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini deyib. Dövlətimizin başçısı bildirib ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir, iqtisadi sahədə əməkdaşlığımız genişlənir.
Azərbaycanda 100-ə yaxın Almaniya şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, hazırda müasirləşmə dövrünü yaşayan ölkəmizdə alman texnologiyalarına tələbat vardır. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməyə hazırdır. Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramına qoşulub və bu, ölkəmizdə müxtəlif sahələrdə islahatlar aparmağa imkan verəcəkdir.

Prezident İlham Əliyev Berlindən Münxenə yola düşüb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də 46-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Berlindən Münxenə yola düşdü. Azərbaycanın və Almaniyanın dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin "Tegel" hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı İlham Əliyevi Almaniyanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla yola saldılar.
Həmin gün axşam Prezident İlham Əliyev Münxen şəhərinə gəldi.

Digər xəbərlər