PDF Oxu

Siyasət

  • 16

Azərbaycan və Latviya arasında əməkdaşlıq üçün böyük imkanlar var

Azərbaycan və Latviya arasında əməkdaşlıq üçün böyük imkanlar var
Yanvarın 28-də İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Valdis Zatlersin Davosda görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafı qeyd olundu.
Azərbaycana səfərinin çox uğurla keçdiyini qeyd edən Prezident Valdis Zatlers dedi ki, Bakıda keçirilmiş görüşlər səmərəli nəticələr verib. Latviya Prezidenti ölkələrimizin iqtisadi sahədə əlaqələrinin genişlənməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Dövlətimizin başçısı Latviya Prezidentinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan və Latviya şirkətləri arasında əməkdaşlığın daha da genişlənməsini dəstəklədiyini bildirdi. Görüşdə regional əməkdaşlıq, ikitərəfli münasibətlər, beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Digər xəbərlər