Prezident İlham Əliyev İordaniya Kralı II Abdullahla görüşüb
Yanvarın 28-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin İordaniya Kralı II Abdullah ilə görüşü olub. Görüşdə Azərbaycan ilə İordaniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafı etdiyi qeyd olundu, yüksək səviyyəli səfərlərin əməkdaşlığın möhkəmlənməsində xüsusi rolu olduğu vurğulandı. Bildirildi ki, Azərbaycan ilə İordaniya arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensial vardır. Əminlik ifadə olundu ki, bu əlaqələr gələcəkdə daha da möhkəmlənəcək və inkişaf edəcək.
Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.