PDF Oxu

Siyasət

  • 18

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında səmərəli fəaliyyətinə görə Vaqif Abas oğlu Heydərova "Əməkdar Mühəndis" fəxri adının verilməsi haqqında, Rəşad Eynəddin oğlu Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi barədə, Rəşad Eynəddin oğlu Məmmədovun Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Nazim Xeyrulla oğlu Məmmədova gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsinin verilməsi barədə, Azərbaycan Respublikasında gömrük qanunvericiliyinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli oğlu Əliyevə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adının verilməsi barədə, Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncamlar imzalayıb.

Digər xəbərlər