Azərbaycan Prezidenti İlham Əliyev RWE şirkətinin baş icraçı direktoru ilə görüşüb
Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrosman ilə görüşüb. Azərbaycan Respublikasının Dövlət Neft Şitkəti ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyinin vurğulandığı görüşdə əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olundu. Görüşdə əməkdaşlığın perspektivləri və Nabukko layihəsi ətrafında fikir mübadiləsi aparıldı.
Yurgen Qrosman Almaniya hökumətinin Nabukko layihəsinə dəstəyini vurğulayaraq, bu sahədə əməkdaşlığın uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.