Prezident İlham Əliyevin “Chevron” korporasiyasının vitse-prezidenti Cey Prior ilə görüşü
Yanvarın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda "Chevron" korporasiyasının vitse-prezidenti Cey Prior ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Chevron" korporasiyası arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu bildirildi, enerji məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı.