PDF Oxu

Siyasət

  • 11

Prezident başsağlığı məktubları göndərib

Prezident başsağlığı məktubları göndərib
Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Girma Volde-Giorgisə başsağlığı məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, "Ethiopian Airlines" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adanlarına dərin hüznlə başsağlığı verirəm."
***
Ölkə Prezidenti həmçinin Livan Respublikasının Prezidenti
Mişel Süleymana da başsağlığı məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Beyrut şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması və çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Livan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm."

Digər xəbərlər