PDF Oxu

Siyasət

  • 4

Prezident təbrik məktubları göndərib

Prezident təbrik məktubları göndərib
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru xanım Kventin Bryusa təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli xanım General-Qubernator, Milli bayramınız - Avstraliya günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Əminəm ki, Azərbaycan ilə Avstraliya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrimizin genişlənməsi daim xalqlarımızın rifahına xidmət edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram."

***
Prezident İlham Əliyev həmçinin Hindistan Respublikasının Prezidenti xanım Pratibha Patilə də təbrik məktubu göndərib. Ölkə Prezidentinin məktubunda deyilir: "Hörmətli xanım Prezident,
Hindistanın milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Hindistan münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Hindistan xalqına sülh və rifah diləyirəm."

Digər xəbərlər