Yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb. Azərbaycan dövlətinin başçısını Soçinin "Adler" Beynəlxalq hava limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
* * *
Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıdıb.
Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.