Prezident İlham Əliyev ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarı qəbul edib
Prezident İlham Əliyev yanvarın 15-də ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə ABŞ arasında energetika və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.