PDF Oxu

Siyasət

  • 13

Bakıda yeni infrastruktur binalar tikilir

Bakıda yeni infrastruktur binalar tikilir
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Səbail rayonunda "Dalğa Plaza" İş Mərkəzinin açılışında iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Dalğa Plaza" İş Mərkəzinə gəldilər.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi. Prezident İlham Əliyevə mərkəzlə bağlı məlumat verildi. Bildirildi ki, mərkəz 1300 kvadratmetr sahədə inşa olunub. Binanın ümumi sahəsi 11 min kvadratmetrdir. Kaskad tipli 12 mərtəbəli bina müasir memarlıq üslubunda inşa edilib. Binanın üzlənməsində yüksək keyfiyyətli materiallardan istifadə olunub. Fasad ən müasir sistemlə işıqlandırılıb. Bina mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz edilib. Mərkəzin birinci mərtəbəsinin döşəməsinə və divarlarına mərmər döşənib. Tavan hissəsində asma alpolik materialdan istifadə olunmuş, binada sürətli liftlər quraşdırılıb.
Dövlətimizin başçısı və xanımı mərkəzin 9-cu mərtəbəsində yerləşən böyük və kiçik konfrans zalları ilə tanış oldular. Binanın yeddi mərtəbəsinin hər birində 12 otaq vardır. Otaqların hamısı ən müasir standartlar səviyyəsindədir. Binanın 11-ci mərtəbəsində 320 kvadratmetr sahəsi olan restoran yerləşir. Burada ən yüksək səviyyədə xidmət göstəriləcək. Prezident İlham Əliyev mərkəz ilə yaxından tanış oldu və görülən işlərdən razı qaldığını bildirdi.

Digər xəbərlər