Prezident Sərəncam imzalayıb
Prezident İlham Əliyev Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında deyilir ki, Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.