Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Haiti Respublikasının Prezidenti Rene Prevala başsağlığı məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Haiti xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm."