PDF Oxu

Siyasət

  • 6

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçə təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident, Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Xorvatiya dövlətlərarası münasibətləri, ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram."

Digər xəbərlər