Prezident İlham Əliyev Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd Əl-Bəşirə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Sudan arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Sudan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram."
* * *
Prezident İlham Əliyev həmçinin Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa da təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Sədr, Kuba Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan-Kuba dövlətlərarası münasibətlərinin inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi daim xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına sülh və tərəqqi arzulayıram."