PDF Oxu

Siyasət

  • 14

Azad və şəffaf şəkildə keçirilən bələdiyyə seçkiləri uğurla başa çatdı

Azad və şəffaf şəkildə keçirilən bələdiyyə seçkiləri uğurla başa çatdı
Cari il dekabrın 23-ü müstəqil Azərbaycanın tarixinə növbəti bələdiyyə seçkiləri günü kimi daxil olacaq. Həmin gün seçicilər seçki məntəqələrinə gələrək, qarşıdakı beş ildə onların yerlərdəki problemlərinin həlli ilə məşğul olacaq özünüidarə orqanlarına üzvlüyə ən layiqli namizədlərə səs veriblər. Avropa standartlarına cavab verən yeni Seçki Məcəlləsi əsasında vətəndaşların öz iradələrini sərbəst ifadə etmələri üçün bütün tədbirlər görülüb, seçkilərin gedişini izləmək üçün xarici ölkələrdən beynəlxalq müşahidəçilər dəvət edilib.
Təşviqat kampaniyası azad və şəffaf şəraitdə keçirilib, hər bir namizədə bərabər şərait yaradılıb. Bunu hələ seçki günündən əvvəl Azərbaycana gəlmiş beynəlxalq müşahidəçilər də təsdiq ediblər. Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli məktəb-liseydə yerləşən 6 saylı seçki məntəqəsində səhər tezdən xüsusi canlanma müşahidə olunurdu. 6 saylı məntəqə 814 seçicini əhatə edir. Digər seçki məntəqələrində olduğu kimi, burada da səsvermənin normal keçməsi üçün hər şey nəzərə alınmışdı. Yerli və xarici müşahidəçilər səsvermənin gedişini izləyirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.
Prezident İlham Əliyev səsvermə otağında seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar da səs verdilər. Bu anı respublikamızın və xarici ölkələrin çoxsaylı mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izləyirdilər.
X X X
Seçki məntəqəsində səsvermə isə davam edir, müşahidəçilər səsvermənin gedişini izləyirdilər. Azərbaycanın hər yerində olduğu kimi, 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsinə də seçicilər dəstə-dəstə gəlir, bəyəndikləri namizədlərə səs verirdilər.

Digər xəbərlər