Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Vesti” televiziya kanalına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiyanın "Vesti" televiziya kanalına müsahibə verib. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər, ölkəmizin 2009-cu ildə əldə etdiyi iqtisadi uğurlar, Azərbaycanın energetika sahəsində gördüyü işlər və perspektivlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı suallara cavab verib.