Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycanda kimya elminin inkişafındakı xidmətlərinə görə Vaqif Məcid oğlu Fərzəliyevə "Əməkdar Elm Xadimi" fəxri adının verilməsi haqqında, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Hüseyn Şərif oğlu Mövsümova "Əməkdar Dövlət Qulluqçusu" fəxri adının verilməsi barədə və Azərbaycan elminin inkişafında xidmətlərinə görə Arif Şəfaət oğlu Mehdiyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında bir sıra Sərəncamlar imzalayıb.