PDF Oxu

Siyasət

  • 8

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişafı tədbirləri barədə Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamında qeyd olunur ki, İçərişəhərin ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ayrılmasını təmin etsin və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Prezident İlham Əliyev həmçinin "Azərtunelmetrotikinti" Açıq Səhmdar Cəmiyyətinin işçilərinə "əməkdar mühəndis" fəxri adının verilməsi haqqında, "Azərtunelmetrotikinti" Açıq Səhmdar Cəmiyyətinin işçilərinin təltif edilməsi haqqında və "İnşaatçılar günü" peşə bayramının təsis edilməsi haqqında bir sıra Sərəncamlar imzalayıb.

Digər xəbərlər