PDF Oxu

Siyasət

  • 5

Azərbaycanla Fransa arasındakı münasibətlər geniş tərəfdaşlığa çevrilir

Azərbaycanla Fransa arasındakı münasibətlər geniş tərəfdaşlığa çevrilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Fransa Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin "Orli" Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevi Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Hərbi orkestrin ifasında Azərbaycanın və Fransanın dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Dövlətimizin başçısı fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.

Digər xəbərlər