PDF Oxu

Siyasət

  • 6

Prezident İlham Əliyevin GDF Seuz şirkətinin vitse-prezidenti və baş əməliyyatçı direktoru Jan-Fransua Sirelli ilə görüşü

Prezident İlham Əliyevin GDF Seuz şirkətinin vitse-prezidenti və baş əməliyyatçı direktoru Jan-Fransua Sirelli ilə görüşü
Fransada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də Parisdə onun üçün ayrılmış iqamətgahda GDF Seuz Şirkətinin vitse-prezidenti və baş əməliyyatçı direktoru Jan-Fransua Sirelli ilə görüşüb. Görüşdə Azərbaycan ilə GDF Seuz Şirkəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Qeyd edildi ki, bu şirkət artıq Azərbaycanda fəaliyyət göstərir, müəyyən layihələrdə digər şirkətlərlə birgə iştirak edir, eyni zamanda, yeni imkanlar da axtarır. Görüşdə Nabukko layihəsi, təbii qaz sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri davam edir.

Digər xəbərlər