Prezident İlham Əliyev Böyük Britaniyanın Yorq Hersoqu, şahzadə Endryunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Böyük Britaniyanın Yorq Hersoqu, şahzadə Endryunu qəbul edib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdiyi vurğulandı, iqtisadi sahədə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.