Prezident İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Mavritaniya münasibətləri daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm."
***
Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bamir Topiyə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Albaniya Respublikasının milli bayramı - Bayraq günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına sülh və tərəqqi arzulayıram."