PDF Oxu

Siyasət

  • 11

ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Sizə və Azərbaycan xalqına müqəddəs və sevinc dolu Qurban bayramı münasibətilə Amerika xalqı adından ən xoş arzularımı çatdırıram. Ümidvaram ki, bu müqəddəs bayramın ruhuna uyğun olaraq biz bütün dünyada azadlıq və sülhə nail olmaq məqsədilə birgə işləyə bilərik. Sizə və Azərbaycan xalqına gələcək illərdə xoşbəxtlik və firavanlıq arzulayıram."

Digər xəbərlər