Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərini başa çatdıraraq, noyabrın 23-də Bakıya qayıdıb. Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılamışlar.