Prezident İlham Əliyev ABŞ müdafiə nazirinin müşaviri xanım Selest Vallanderi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə müşaviri xanım Selest Vallanderin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, habelə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.