Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Bakı şəhərinin enerji təchizatının yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Ölkə Prezidentinin imzaladığı Sərəncamda Bakı şəhərinin elektrik şəbəkəsinin müasir avadanlıq və yeni texnologiyanın tətbiqi ilə yenidənqurulmasını, paytaxtda payız-qış mövsümündə əhalinin və iqtisadiyyatın elektrik enerjisinə olan tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün 10,0 (on) milyon manat məbləğində vəsait ayrılması, Maliyyə Nazirliyinin bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirməsi və Nazirlər Kabinetinin bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi qeyd olunur. Bundan başqa Ölkə Prezidenti Əliağa İzzət oğlu Hüseynovun Salyan rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və Rasim Cavad oğlu Bəşirovun Salyan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə də Sərəncam imzalayıb.