Azərbaycanla İslam Konfransı Təşkilatı arasında əməkdaşlıq genişlənir
Prezident İlham Əliyev noyabrın 11-də İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib. Ekmələddin İhsanoğlu yenidən Azərbaycana səfərindən məmnunluğunu bildirdi. O, Bakıda keçirilən "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" beynəlxalq konfransının əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı bu mövzu ilə bağlı ölkəmizdə mütəmadi olaraq mötəbər konfransların keçirilməsinin önəmini qeyd etdi. Görüşdə Azərbaycan ilə İslam Konfransı Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olundu.