Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Anqola Respublikasının Prezidenti Joze Eduardu Duş Santuşa təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan Respublikası ilə Anqola Respublikası arasında təşəkkül tapmış münasibətlər daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram."