PDF Oxu

Siyasət

  • 10

Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb

Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi haqqında əsasnamənin təsdiq edilməsi barədə, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında Fərman və Sərəncamlar imzalayıb. Ölkə Prezidenti həmçinin General-leytenant Əliağa İzzət oğlu Hüseynovun Azərbaycan Respublikasının hərbi komissarı vəzifəsindən azad edilərək "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə və 164-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə də Sərəncam imzalayıb.

Digər xəbərlər