PDF Oxu

Siyasət

  • 11

Prezident İlham Əliyev Minsk və Slutsk Mitropoliti, Belarus üzrə Patriarx Ekzarxı Filareti qəbul edib

Prezident İlham Əliyev Minsk və Slutsk Mitropoliti, Belarus üzrə Patriarx Ekzarxı Filareti qəbul edib
Prezident İlham Əliyev noyabrın 5-də Minsk və Slutsk Mitropoliti, Belarus üzrə Patriarx Ekzarxı Filaretin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Mitropolit Filaretin ölkəmizə səfərinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Bakıda keçirilən "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" Beynəlxalq konfransda qonağın iştirakının önəmini qeyd edib. Prezident İlham Əliyev Mitropolit Filaretin ölkəmizə səfərinin, həmçinin konfransda aparılacaq müzakirələrin xalqlarımız arasında münasibətlərin inkişafı və eləcə də dinlərarası dialoqun möhkəmlənməsi baxımından faydalı olacağına əminliyini bildirib. Ölkələrimiz arasında mövcud olan qədim dostluğun yeni inkişafa kömək edəcəyini vurğulayan Mitropolit Filaret münasibətlərimizin möhkəm əsaslara malik olduğunu qeyd edib.

Digər xəbərlər