Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaiyə yenidən Prezident vəzifəsinə seçilməsi münasibəti ilə təbrik məktubu göndərib. Ölkə başçısının məktubunda deyilir: "Hörmətli cənab Prezident, Əfqanıstan İslam Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Əfqanıstan münasibətlərinin, xalqlarımız arasındakı dostluq və əməkdaşlıq ənənələrinin möhkəmləndirilməsi və inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Əfqanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram."