PDF Oxu

Siyasət

  • 8

Azərbaycanla Ukrayna əməkdaşlığı bütün sahələri əhatə edir

Azərbaycanla Ukrayna əməkdaşlığı bütün sahələri əhatə edir
Prezident İlham Əliyev noyabrın 2-də Yalta şəhərinin başçısı Sergey Braykonu qəbul edib. Dövlətimizin başçısı Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlər çərçivəsində Yalta və Xaçmaz şəhərlərinin uğurlu əməkdaşlığından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, qonağın ölkəmizə səfəri bu əlaqələrin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcək.
Yalta şəhərinin başçısı Sergey Brayko ölkəmizdə olduğu müddətdə Bakıda və Xaçmazda çox böyük inkişaf proseslərinin getdiyinin, geniş abadlıq və quruculuq tədbirlərinin həyata keçirildiyinin şahidi olduğunu vurğuladı.
Prezidentin mətbuat xidmətinin məlumatı
Noyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli görüşlərin gələcək planları və Azərbaycan-Rusiya əməkdaşlığının müxtəlif sahələrinə dair məsələləri müzakirə etdilər.

Digər xəbərlər