PDF Oxu

Siyasət

  • 5

Türkiyə və Azərbaycan silahlı qüvvələri arasında əməkdaşlıq dünyaya nümunə olacaq səviyyədədir

Türkiyə və Azərbaycan silahlı qüvvələri arasında əməkdaşlıq dünyaya nümunə olacaq səviyyədədir
Prezident İlham Əliyev noyabrın 2-də Türkiyənin Quru Qoşunları Komandanı İşık Koşanerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla davam edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Türkiyənin Quru Qoşunları Komandanı İşık Koşanerin Azərbaycana səfəri bu sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı məhsuldar müzakirələr aparılması baxımından əhəmiyyətli olacaq.
Quru Qoşunları Komandanı İşık Koşaner qeyd etdi ki, Türkiyə və Azərbaycan silahlı qüvvələri arasında əməkdaşlıq dünyaya nümunə olacaq səviyyədədir. İşık Koşaner bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.

Digər xəbərlər