Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir:
"Hörmətli xanım Federal Kansler, Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Ümidvaram ki, Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı münasibətlərin hərtərəfli inkişafı, dostluq və əməkdaşlığımızın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, səadət, dost Almaniya xalqının mənafeyi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram."