Prezident İlham Əliyev Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Malkini qəbul edib
Prezident İlham Əliyev oktyabrın 30-da Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Malkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici işlər naziri Riyad Əl-Malki Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın salamlarını və məktubunu dövlətimizin başçısına çatdırdı. O, Fələstin Muxtariyyəti rəhbərliyinin Azərbaycanda səfirliyin açılması barədə qərar qəbul etdiyini bildirdi. Görüşdə münasibətlərimizin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı İlham Əliyev Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fələstin Muxtariyyətinin rəhbərinə çatdırmağı xahiş etdi.