PDF Oxu

Siyasət

  • 12

Prezident Sərəncam imzalayıb

Prezident Sərəncam imzalayıb
Prezident İlham Əliyev Bakı şəhərində yerləşən Dövlət bayrağı meydanında tikinti işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamında deyilir ki, "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 noyabr tarixli 2504 nömrəli Sərəncamının icrası ilə bağlı aparılan tikinti-quraşdırma və abadlaşdırma işlərinin davam etdirilməsini təmin etmək məqsədilə Bakı şəhərində yerləşən Dövlət bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat məbləğində vəsait ayrılsın.
Bundan başqa, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

Digər xəbərlər