PDF Oxu

Siyasət

  • 11

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova bu ölkənin Milli bayramı - Müstəqillik günü ilə əlaqədar təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli Qurbanqulu Məlikquliyeviç, Türkmənistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Türkmənistan dövlətlərarası münasibətlərinin inkişaf etdirilməsi, dostluq və əməkdaşlığımızın möhkəmləndirilməsi yolunda bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və firavanlıq arzulayıram."

Digər xəbərlər