Prezident İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri xanım Tina Kaydanovu qəbul edib
Prezident İlham Əliyev oktyabrın 23-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri xanım Tina Kaydanovu qəbul edib.
Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.